Tanınmış aktyor prezidenti təhqir etdiyi üçün tutuldu
17 yanvar 2017 13:28 (UTC +04:00)

Tanınmış aktyor prezidenti təhqir etdiyi üçün tutuldu

 

Türkiyənin məşhur aktyoru Mehmet Aslan Reina terrorunun ardından paylaşdığı tvitinə görə saxlanılıb.  

 

Lent.az-ın sözcü-yə istinadən məlumatına görə, 39 nəfərin dünyasını dəyişdiyi Reina terrorundan sonra paylaşdığı tvitdə prezidenti təhqir etdiyi deyilən aktyor barədə saxlanılma qərarı çıxarılıb və aktyor bu gün günortadan sonra məhkəmə qarşısına çıxarılacaq.


Qeyd edək ki, aktyor çox müzakirəyə səbəb olan və sonradan sildiyi tvitində belə yazmışdı: “Tayyip yatacaq yerin yox. Bu ərəb terrorçularını doldurdun içimizə, türkləri öldürtdün”.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241
avatar

Oxşar yazılar