
Suriyada 7 Rusiya təyyarəsi vuruldu - YENİ İL GECƏSİ
Rusiyanın Suriyada yerləşən hərbi bazasına hücum olub.
Musavat.com lenta.ru-ya istinadən xəbər verir ki, hadisə dekabrın 31 gecəsi baş verib. Müdafiə nazirliyi 3 gün hadisənin təfərrüatlarını mətbuatdan gizlədibmiş.
“Kommersant”ın yazıdğına görə, Rusiyanın “Hmeymim”bazasına hücum edən terrorçular Hərbi-hava qüvvələrinə məxsus bir neçə təyyarəni məhv etməyə müvəffəq olublar. Bunu hərbi-diplomatik dairələr də artıq təsdiq edib. Onların sözlərinə görə, minaatanlardan açılan atəş nəticəsində 4 Su-24 cəbhə qırıcısı, 2 Su-35 S çoxhədəfli qırıcı təyyarə və bir An-52 hərbi-nəqliyyat helikopteri vurulub.
Bundan başqa, silahlı şəxslər Rusiyanın hərbi silah anbarını da məhv etməyə nail olublar. Qəzetin verdiyi məlumata əsasən, hadisə zamanı 10 nəfərdən artıq hərbçi yaralanıb.
Terroçuların fəliyyətinin icmalı ilə məşğul olan Directorate 4 kanalı 31 dekabr-3 yanvar tarixində hansısa qruplaşmanın Rusiya aviabazaısna hücum etdiyini boynuna almadığını bildirib.
Xatırladaq ki, bu gün səhər Suriyada, Hama aerodromu yaxınlığında Rusiyanın Mi-24 helikopterinin qəza etdiyi barədə xəbər verilib. Helikopterin pilotları yerindəcə həlak olublar.
Rusiya tərəfinin iddiasının əksinə olaraq, terror qruplaşmaları helikopterin onlar tərəfindən vurulduğunu bildiriblər.
Oxşar yazılar

İtalyan mafiya başçısı Kolumbiyada yaxalandı
12 iyul 2025 , 22:46
Şöbəyə basqın edib miqrantı öldürdülər - Polislərin gücü çatmadı
12 iyul 2025 , 17:04
Dünyada yeni dövlət yaranır
12 iyul 2025 , 16:28
Milyonçuların məşhur yaxtası YANDI: icarəsi görün neçəyədir?
12 iyul 2025 , 10:31
1300-dən çox dövlət qulluqçusu və diplomat işini itirdi
12 iyul 2025 , 08:22
Ukraynada Rusiyanın tərəfində döyüşən 28 ölkədən olan muzdlu öldürülüb
11 iyul 2025 , 19:20
İtkin düşən kişinin meyiti 32 metrlik quyudan tapıldı
11 iyul 2025 , 17:39