Sudanda nümayişçilərə hücum nəticəsində ölənlərin sayı artıb
04 iyun 2019 02:06 (UTC +04:00)

Sudanda nümayişçilərə hücum nəticəsində ölənlərin sayı artıb

0

Sudanın paytaxtında təhlükəsizlik qüvvələrinin nümayişçilərin düşərgəsinə hücumu nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.

 

ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, belə bir açıqlamanı Səhiyyə Təşkilatının nümayəndələri verib.

 

Bildirilir ki, bütün məlumatlar toplanmadığı üçün ölənlərin sayının artacağı istisna deyil.

 

Buna qədər hücum nəticəsində 14 nəfərin öldüyü deyilirdi. Öz növbəsində Sudanın hərbi qüvvələri bu məlumatı təkzib etmişdi.

 

Ölkənin baş prokurorluğu Xartumda baş vermiş insidentin bütün təfərrüatlarını araşdırmağa başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 821

Oxşar yazılar