Stokholmda terror törədən şəxs günahını etiraf etdi
11 aprel 2017 14:15 (UTC +04:00)

Stokholmda terror törədən şəxs günahını etiraf etdi

Özbəkistan vətəndaşı Raxmat Akilov Stokholmda terror aktı törətdiyini etiraf edib.

 

APA-nın “BBC News”a istinadən verdiyi məlumata görə, bunu onun vəkili Yohan Erikson deyib.

 

“O, terror aktını törətməkdə günahını etiraf edib və həbs cəzasını çəkməyə hazırdır”, - deyə o vurğulayıb.

 

İsveç polisi 39 yaşlı R. Akilovun nəzarət altında olduğunu təsdiq edib. Onun İŞİD tərəfdarı olduğunu bildirilir.

 

Qeyd edək ki, R. Akilov 2014-cü ildə İsveçdə sığınacaq almaq üçün müraciət edib, lakin keçən ilin sonunda ona rədd cavabı verilib. Ölkəni 4 həftə ərzində tərk etməli olan R. Akilov bunun əvəzində gizlənməyi üstün tutub. Hakimiyyət orqanları məcburi şəkildə deportasiya etmək üçün onu axtarışa verib.

 

Xatırladaq ki, aprelin 7-də İsveçin paytaxtında sürücü yük maşınını piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238
avatar

APA Baycan

Oxşar yazılar