Şotlandiya parlamenti Böyük Britaniyanın Avropa İttifaqından çıxma (“Brexit”) prosedurunun başlanmasına qarşı səs verib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermənin heç bir fəsadının olmayacağı bildirilir. Belə ki, Ali məhkəmənin qərarına əssən, Lissabon sazişinin 50-ci maddəsinin tətbiq edilməsi üçün Britaniya parlamentinin dəstəyi kifayətdir, yəni, regional parlamentlərin razılığına gərək yoxdur.
Qeyd edək ki, 23 iyun tarixində keçirilmiş referendumda Şotlandiya əhalisinin əksəriyyəti “Brexit”ə qarşı səs verib.
Xatırladaq ki, fevralın 1-də Britaniya parlamentinin İcma Palatası “Brexit” prosedurunun başlanmasına səs verib. Aşağı palatada yekun səsvermənin fevralın 8-də keçiriləcəyi nəzərdə tutulub. Bundan sonra qanun layihəsi Lordlar Palatasına göndəriləcək.