Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 301 nəfərə çatıb. Lent.az-ın məlumatına görə, bunu hadisə yerində olan Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib.
*****
10:02
Manisanın Soma bölgəsindəki kömür mədənində baş vermiş faciədə həyatını itirənlərin sayı 298 nəfər çatıb. Lent.az-ın məlumatına görə, bu barədə saat 03 radələrində ölkənin enerji və təbii sərvətlər naziri Taner Yıldız açıqlama verib. Nazir xilasetmə işlərinin davam etdiyini bildirib və deyib ki, daha 2-3 nəfərin mədəndə qaldığı ehtimal edilir.
Qeyd edək ki, partlayış baş verərkən mədəndə 787 işçi olub. Onlardan 360 nəfəri dərhal xilas ola bilib, 120 nəfəri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanalara yerləşdiriliblər.