Snoudenin Rusiyada yaşayış icazəsi uzadıldı
18 yanvar 2017 07:37 (UTC +04:00)

Snoudenin Rusiyada yaşayış icazəsi uzadıldı

ABŞ xüsusi xidmət orqanlarının keçmiş agenti Edvard Snoudenin Rusiyada yaşayış icazəsi daha iki il uzadılıb.

 

“Qafqazinfo” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

 

Zaxarova bununla ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş müavini Maykl Morellanın “Rusiya prezidenti Vladimir Putinin ABŞ xüsusi xidmətinin keçmiş agentini verməklə Donald Trampa yaxşı andiçmə hədiyyəsi etmək fürsəti var” fikrinə cavab verib.

 

Qeyd edək ki, Snouden ABŞ xüsusi xidmət orqanlarının dünya liderlərini dinlədiyini açıqlamışdı.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 188
avatar

Oxşar yazılar