Şimali Koreya və Malyaziya arasında gərginlik artır.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, Şimali Koreya hökuməti ölkədəki malayziyalıların getməsinə qadağa qoyub.
Hər iki ölkə arasındakı bu gərginliyə səbəb isə ötən ay Kim Yonqun ögey qardaşı Kim Yonq – namın Malayziyada hava limanlarından birində zəhərlənərək öldürülməsi və cənazəsinin geri qaytarılmamasıdır.
Kim Yonq hökuməti bildirib ki, Malayziya Kim Yonq – namın ölümü ilə bağlı istintaqı düzgün yönləndirsə və gerçək cinayətkarları cəzalandırsa qadağa aradan götürüləcək.
Malayziya hökuməti də bu qadağaya cavabsız qalmadı. Malayziya baş naziri Necip Rezak qadağanın yığışdırılmasını tələb edib. Əks halda onlar da Malayziyada yaşayan Şimali Koreya vətəndaşlarına da eyni qadağanı tətbiq edəcəklər.
Bildirək ki, Malayziya hökuməti isə Kim Yonq –namın ölümündə ögey qardaşı, Şimali Koreya lideri Kim Yonqun əlinin olduğunu iddia edərək istintaqı səhv yönləndirməyə çalışıb.