Səudiyyə Ərəbistanı Yəmən Mərkəzi Bankına 2 mlrd. dollar köçürüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, müvafiq saziş Ər-Riyadda Səudiyyə Ərəbistanının maliyyə naziri Məhəmməd əl Caadan və Yəmən Mərkəzi Bankının sədri Məhəmməd bin Mənsur Zəmmam tərəfindən imzalanıb.
Məhəmməd əl Caadan imzalanma mərasimində çıxışı zamanı qeyd edib ki, saziş Krallığın Yəmən xalqına dəstək göstərilməsi siyasətini əks etdirir. Nazirin fikrincə, saziş Yəməndə maliyyə vəziyyəti yaxşılaşdıracaq və ölkə vətəndaşlarının yaşayış səviyyəsinə müsbət təsir edəcək.