Serbiyada yük qatarı və sərnişin avtobusun toqquşması nəticəsində 24 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qatar təmir yolu keçidində Luboviya-Belqrd marşrutu üzrə hərəkətdə olan avtobusa çırpılıb. Qəza nəticəsində ölən olmayıb.
Qəzanın baş verdiyi dəmir yolu keçidində şlaqbaumun olmadığı bildirilir.