Şəmkirdə döyülmə faktı qeydə alınıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Tatar kənd sakini 1997-ci il təvəllüdlü Eşqin Qədimov kəllə beyin travması və müxtəlif bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, E. Qədimov yaşadığı kənddə dava zamanı tanıdığı şəxs tərəfindən döyülüb.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.