Sarkozidən Rusiya ilə birləşmək təklifi: "İki koalisiyaya ehtiyac yoxdur"
15 noyabr 2015 14:57 (UTC +04:00)

Sarkozidən Rusiya ilə birləşmək təklifi: "İki koalisiyaya ehtiyac yoxdur"

"Biz müharibə vəziyyətindəyik. Bizi müharibəyə cəlb edirlər”.

 

APA-nın Avropa müxbirinin məlumatına görə, bunu Xalq Hərəkatı Birliyi Partiyasının sədri, Fransanın sabiq prezidenti Nikola Sarkozi  prezident Ollandla görüşdən sonra deyib.

 

O bildirib ki, terror hadisələrinin davam edəcəyi riski hələ də qalmaqdadır: “Biz hamımız birləşib İŞİD-i məhv etməliyik. O cümlədən Rusiya ilə də birləşmək lazımdı, bu məsələdə iki ayrı koalisiyaya ehtiyac yoxdur”.

 

N. Sarkozi Avropanın təhlükəsizlik siyasətində dəyişikliklərin edilməsinin lazım olduğunu bildirib.

 

O, həmçinin, Avropanı yeni immiqrasiya siyaseti işləyib hazırlamağa çağırıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 405

Oxşar yazılar