Saakaşviliyə görə Polşa-Ukrayna sərhədi bağlanıb
10 sentyabr 2017 15:44 (UTC +04:00)

Saakaşviliyə görə Polşa-Ukrayna sərhədi bağlanıb

0

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ilə əlaqədar Polşa-Ukrayna sərhədində avtomobillərin hərəkəti dayandırılıb.

 

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Ukrayna hakimiyyətinin vətəndaşlığını ləğv etdiyi M. Saakaşvili şənbə günü bəyan edib ki, bu gün “Krakoveç” sərhəd-keçid məntəqəsi vasitəsi ilə Polşadan Ukraynaya gələcək.

 

Hazırda sərhəd-keçid məntəqəsində Ukraynadan Polşaya və əks istiqamətə avtomobillərin hərəkətinə icazə verilmir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 449

Oxşar yazılar