Rusiyada neft yatağında partlayış: 1 ölü, 2 yaralı
05 mart 2016 21:59 (UTC +04:00)

Rusiyada neft yatağında partlayış: 1 ölü, 2 yaralı

Rusiyada neft yatağında baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Yamal-Nenetsk Muxtar Dairəsinin Nadım rayonunda qeydə alınıb.

 

Məlumata əsasən, “Yarudeysk” neft-qaz-kondensant yatağında geoloji kəşfiyyat işləri aparılarkən naməlum səbəbdən partlayış baş verib. Bir nəfər hadisə yerində ölüb, daha 2-si Nadım xəstəxanasına yerləşdirilib.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314

Oxşar yazılar