Rusiya Xəzər donanması təlimlər keçirib
28 avqust 2016 04:29 (UTC +04:00)

Rusiya Xəzər donanması təlimlər keçirib

Rusiyanın Xəzər donanmasının gəmiləri mina maneələrin məhv edilməsi üzrə hərbi təlimlər keçirib.

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin məlumatında bildirilir.

 

Təlimlərdə  “Tatarstan” və “Dağıstan” raket gəmiləri  daxil olmaqla Xəzər donanmasının doqquzdan çox gəmisi iştirak edilib.

 

Təlimlər zamanı gəmi heyətləri üzən minalara artilleriya atışları həyata keçirib və müxtəlif vasitələrlə minaların partladılmasını icra ediblər.  

 

Bundan əvvəl Xəzər donanmasının dəniz piyadalarının Dağıstanın “Adanak” dağ poliqonunda silahlıların məhv etdirilməsi üzrə təlimlər keçiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 256
avatar

Oxşar yazılar