Rusiyanın “Azur Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi ABŞ-da təcili eniş edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insidentə təyyarənin mühərrikində yaranan problem səbəb olub.
Göyərtəsində 294 sərnişin və 14 ekipaj üzvü olan və Kubaya uçan təyyarə Atlantik-Siti hava limanına eniş edib. İlkin məlumata əsasən, hadisə nəticəsində zərərçəkən olmayıb.