Suriyanın paytaxtı Dəməşqdə Rusiya səfirliyi atəşə tutulub.
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya XİN məlumat yayıb.
Məlumata görə, səfirlik fevralın 2-i və 3-də minaatanlardan atəşə tutulub.
Hadisə nəticəsində diplomatik missiyanın əməkdaşları xəsarət almayıb.
“Məqsəd Suriyada atəşkəs rejiminin pozmaqdır”, XİN-in məlumatında vurğulanıb.