Rusiya Federasiyası Şurası “Türk axını”nı müzakirə edəcək
01 fevral 2017 06:56 (UTC +04:00)

Rusiya Federasiyası Şurası “Türk axını”nı müzakirə edəcək

Rusiya Federasiyası Şurası bu gün,  fevralın 1-də “Türk axını”na dair razılaşmanı nəzərdən keçirəcək.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Dövlət Duması sazişi yanvarın 20-də ratifikasiya edib.

 

Rusiya energetika nazirinin müavini Yuri Sentyurin bundan əvvəl “Türk axını” borusu ilə qaz tədarükündə heç bir problemin olmayacağını qeyd edib. Onun sözlərinə  görə, Türkiyə tərəfinin  əlavə qaz həcmlərinə ehtiyacı var. “Türk axını”da məhz buna istiqamətləndirilib. 15 mlrd. kubmetr qaz məhz Türkiyə əhalisinin və müəssisələrinin tələbatını tam ödəmək üçün bu ölkəyə tədarük ediləcək.

 

Xatırladaq ki, tərəflər "Türk axını" layihəsinin reallaşdırılmasına dair hökumətlərarası sazişi oktyabrın 10-da imzalayıb. Sənəd Qara dənizin dibi ilə hər biri 15,75 mlrd. kubmetr ötürmə gücünə malik iki magistral qaz xəttinin tikintisini nəzərdə tutur. Bu xətlərdən biri Türkiyə bazarı, digəri isə ölkə üzərindən keçməklə Avropa ölkələri üçün nəzərdə tutulub. İkinci xəttin inşası Avropanın Rusiya qazında maraqlı olmasından asılı olacaq.  

 

Qeyd edək ki,  illik ümumi ötürmə gücünün 63 mlrd. kubmetr olacağı “Türk axını” qaz borusunun tikintisinə dair saziş 2014-cü ildə imzalanıb. Sonradan layihə iki ölkə arasında münasibətlərin pozulması səbəbindən dondurulmuşdur. 

 

Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğan dekabrın əvvəlində parlamentin qəbul etdiyi  “Türk axını”nın  inşasına dair sazişin ratifikasiyası haqqında qanunu imzalayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar