Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri MDB ölkələrinin səfirləri ilə görüşüb
18 noyabr 2013 20:14 (UTC +04:00)

Rusiya Federal Miqrasiya Xidmətinin rəhbəri MDB ölkələrinin səfirləri ilə görüşüb

Rusiya Xarici İşlər Nazirliyində Federal Miqrasiya Xidmətinin rəhbəri Konstantin Romodanovski MDB ölkələrinin Rusiyadakı səfirləri ilə görüşüb. APA-nın Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, tərəflər miqrasiya problemlərini, miqrasiya qanunvericiliyinin təkmilləşdirilməsi yönündə aparılan işlər və MDB çərçivəsində bu sahədə qarşılıqlı fəaliyyət məsələlərini müzakirə ediblər.

 

İştirakçılar qeyd ediblər ki, hazırda miqrasiya mövzusu birlik daxilində ən ciddi və aktual problemlər sırasındadır. Qarşılıqlı məqbul qərarların axtarışında MDB çərçivəsində çoxtərəfli işi davam etdirmək qərara alınıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 686
avatar

Oxşar yazılar