<b>Rusiya Türkiyəyə qoyduğu sanksiyaları götürdü</b> - <span style="color:red;">PUTİN İMZALADI
31 may 2017 14:25 (UTC +04:00)

Rusiya Türkiyəyə qoyduğu sanksiyaları götürdü - PUTİN İMZALADI

 

Rusiya hökuməti Türkiyə ilə bağlı bəzi məhdudiyyətləri aradan qaldırıb. Lent.az “Doğan” xəbər agentliyinə istinadən xəbər verir ki, 2015-ci ilin 24 noyabrında Rusiya qırıcısının vurulmasından sonra tətbiq edilən iqtisadi sanksiyaların bəziləri aradan qaldırılıb.

 

Məhdudiyyətlərdən biri Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsinin qadağan edilməsi ilə bağlı idi. Artıq bu qadağa qüvvədən düşüb. Həmçinin meyvə tərəvəz ixracı ilə bağlı Türkiyəyə tətbiq edilmiş məhdudiyyət götürülüb. Bununla belə Türkiyə istehsalı olan pomidorun Rusiya bazarına daxil olmasında problemlər hələ də qalmaqdadır.

 

Qeyd edək ki, Rusiyadan taxıl idxalını məhdudlaşdıran Türkiyə də güzəştə gedib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 174
avatar

Oxşar yazılar