Reuters: Tramp mühüm fərman imzalayacaq
31 yanvar 2017 05:06 (UTC +04:00)

Reuters: Tramp mühüm fərman imzalayacaq

ABŞ prezidenti Donald Tramp yanvarın 31-də kibertəhlükəsizliyə  dair fərman imzalayacaq.

 

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi məlumatlı mənbələrə istinadən xəbər verib.

 

Xəbərə əsasən, fərman kiberməkanda hücum və müdafiə tədbirlərinin təşkili, eləcə də maliyyələşdirilməsi məsələlərini nəzərdə tutacaq.

 

Qeyd edək ki, D.Tramp  Nyu-Yorkun sabiq meri Rudolf Culianini kibertəhlükəsizlik məsələləri üzrə koordinator vəzifəsinə təyin edib.

 

Xatırladaq ki, ötən ilin oktyabrından etibarən ABŞ kəşfiyyatının rəsmiləri ölkədəki seçki sisteminin rusiyalı hakerlər tərəfindən hücuma məruz qaldığını bildirib. Vurğulanıb ki, hücumlar Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib. Rəsmi Moskva bu ittihamları rədd edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 259
avatar

Oxşar yazılar