Ramil Səfərovun öldürdüyü erməni zabitin atası özünü doğradı
05 sentyabr 2013 12:27 (UTC +04:00)

Ramil Səfərovun öldürdüyü erməni zabitin atası özünü doğradı

Azərbaycanlı zabit Ramil Səfərovun qətlə yetirdiyi erməni zabit Qurgen Markaryanın atası Artuş Markaryan özünü öldürmək istəyib. Lent.az-ın “Faktİnfo” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə İrəvanın Muş məhəlləsindəki A. Markaryanın mənzilində baş verib.

 

O, bıçaqla özünə bir neçə zərbə endirib və venalarını kəsib. A. Markaryan səhərə yaxın “Malatiya” tibb mərkəzinə çatdırılıb və əməliyyat olunub. İlkin məlumatlara əsasən, ata Markaryanın mədəaltı vəzisi zərər çəkib. Hazırda onun vəziyyəti kifayət qədər ağır qiymətləndirilir: “O, aparatla nəfəs alır. Əməliyyat uğurla keçdi, qanaxma dayandı, lakin daxili orqanlar zərər görüb”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5596
avatar

Oxşar yazılar