Hindistanın Bixar ştatında Qanq çayında qayıqın batması nəticəsində 23 nəfər ölüb.
Trend-in "Sputnik"a istinadən verdiyi məlumata görə, qayıqda cəmi 50 sərnişin var idi, tutumu isə 30 nəfər təşkil edir.
Məlumata görə, 10 -12 nəfər kömək olmadan sahilə çıxıblar, 8 nəfərə isə xilas edilib və xəstəxanaya yerləşdirilib.