Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla telefon danışığı zamanı siyasi, iqtisadi və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.
“İstanbulda oktyabrın 10-da keçirilən Rusiya-Türkiyə yüksək səviyyəli danışıqlarının kontekstində siyasi, ticarət-iqtisadi və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişafını müzakirə edilib”, - deyə məlumatda qeyd olunub.
Söhbət zamanı tərəflər ikitərəfli və regional problemlərlə bağlı təmasları müxtəlif səviyyələrdə davam etdirməyə razılığa gəliblər.
Qeyd edək ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub.