Prezident Tramp dünyanı necə dəyişəcək?
APA TV-nin efirində “Manşet” verilişinin bugünkü mövzusu Donald Trampın prezidentliyi dövründə dünyada, həmçinin regionda baş verə biləcək siyasi, iqtisadi dəyişikliklərlə bağlıdır. Mövzu ilə bağlı politoloq Arzu Nağıyev aparıcı İlham Tumasın suallarına cavab verib.
- Doğrudur, ABŞ-ın Kaliforniya ştatında sözügedən ərazinin mərkəzi hakimiyyətin tərkibindən ayrılması məsələsinin ümumxalq səsverməsinə çıxarılması üçün ilk addım atılıb. Hərəkat fəalları ştatın Ağ Evin tabeliyindən çıxması ilə bağlı petisiyanı ştatın baş prokuroruna təqdim ediblər. Onlar hökumətdən bu təklifə ad verilməsi və onun nəzərə alınmasını xahiş edib. Ancaq düşünmürəm ki, bu məsələ reallaşsın.
- Əslində, hər iki namizədin əsas toxunduğu məqamlar iqtisadiyyat, ölkəyə təhdid, terrorizmlə mübarizə oldu. Onlar bundan o yana hər hansı problemi qabarda bilmədilər.
- Bu gün sual olunur ki, Donald Trampın prezident seçilməsi Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə müsbət təsir göstərə bilərmi? Düşünmürəm ki, belə tezliklə münaqişənin həllində məhz ABŞ-ın təsiri olsun. Təbii ki, regional layihələrdə tam iştirakçı olmaq üçün ilk növbədə təhlükəsizlik məsələləri ,o cümlədən təhdidlər aradan qaldırılmalıdır. Bu təhdidlərin ən mühüm də Dağlıq Qarabağ münaqişəsidir. Yəni Tramp ABŞ xarici siyasət kursundan çıxa bilməz, lakin dolayı da olsa prosesə təsir imkanı həddən artıq böyükdür.
- ABŞ xarici siyasətində böyük və qlobal dəyişikliklər gözləmək düzgün olmaz. Təbii ki, dolayı təsir edə bilər, lakin ümumi bir yenilik gözləmək çətin məsələdir.
Trampın qələbəsi xarici siyasət üzərində qurulmayıb, əsasən daxili siyasətə və daha doğrusu, iqtisadi məsələlərin həllinə yönəlib.
- Teziklə xarici siyasətdə, o cümlədən Rusiyaya münasibətdə dəyişikliklərin olacağı inandırıcı görünmür. Trampın sanksiyalara yenidən baxması və ya Yaxın Şərq, Ukrayna, Rusiya, Qafqaz, Əfqanıstan siyasətində tezliklə dəyişikliklər etməsi mümkün deyil. Yəqin ki, ilk öncə xarici siyasətdə kadr məsələlərinə baxılacaq.
- Tramp eyni zamanda həm “radikal islam”la, həm də Rusiya ilə mübarizə apara bilməz. Seçim etmək imkanı da məhduddur,vaxt isə bunu tələb edir. Məlumdur ki, Klinton anti-Rusiya təbliğatının ən yüksək nöqtəsində durdu, Tramp isə bunun əksinə gedib istifadə etdi. Bir sözlə, Rusiyanın Trampla bağlı istəklərinin tezliklə həyata keçirilməsi inandırıcı deyil.
246