Poroşenko Obama ilə görüşdü
21 sentyabr 2016 23:25 (UTC +04:00)

Poroşenko Obama ilə görüşdü

0

Nyu-Yorkda BMT Baş Assambleyasının 71-ci sessiyası çərçivəsində Ukrayna prezidenti Pyotr Poroşenko və ABŞ prezidenti Barak Obama arasında görüş keçirilib.

 

APA-nın “112 Ukrayna” telekanalına istinadən verdiyi xəbərə görə, dövlət başçıları Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə ediblər.

 

Tərəflər Ukraynanın şərqində zorakılığa son qoyulması, eləcə də Minsk razılaşmalarının  tezliklə və tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

 

Bundan əlavə ABŞ-ın Ukraynaya iqtisadi islahatlarda yardım etməsi, o cümlədən 1 milyard dollar həcmində kredit ayrılması məsələsinə baxılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 470

Oxşar yazılar