Polis narkotik daşıyan göyərçini güllələdi
03 sentyabr 2017 11:55 (UTC +04:00)

Polis narkotik daşıyan göyərçini güllələdi

Argentina polisi həbsxanaya narkotik daşıyan poçt göyərçinini güllələyərək öldürüb. Lent.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə həbsxana rəsmiləri deyib. b Göyərçin Santa Rosa şəhərində yerləşən həbsxanaya uçarkən müşahidə edilib.  

Məlumata görə, polis zabitləri göyərçinin belində daşıdığı kiçik çantanın içində uyuşdurucu həblər, marixuana və bir USB kartı aşkar ediblər.  Bu qaçaqmalçılıq üsulu bundan əvvəl aşkar edilib və araşdırılıb, Clarin qəzeti yazır.  Ölü göyərçinin şəklini dərc edən qəzetdə, onun belində daşıdığı kiçik çantanın içində 44 Rivotril uyuşdurucu dərman həbləri, 7,5 qram marixuana və bir USB fləş kartı olduğu deyilir.  Argentina penitensiar xidməti 2013-cü ildə qaçaqmalçıların göyərçinlərdən istifadə etdiyi barədə xəbərdarlıq verib.  2013-cü ildə həyata keçirilən polis əməliyyatı nəticəsində üç nəfər saxlanılıb və 15 göyərçin ələ keçirilib, Clarin deyib.  Bu ilin əvvəli, belində kiçik çantada 178 ketamin həbi daşıyan poçt göyərçini, Küveytdə, İraqla sərhədin yaxınlığında saxlanılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35