Planet əhalisinin 50%-i elektron pul kisəsindən istifadə edəcək
11 iyun 2019 19:21 (UTC +04:00)

Planet əhalisinin 50%-i elektron pul kisəsindən istifadə edəcək

“Juniper Research” şirkətinin proqnozuna görə, 2024-cü ilə elektron pul kisəsindən istifadə edən insanların sayı 4 milyarda yaxınlaşaraq planet əhalisinin 50%-ni təşkil edəcək.
 
Lent.az “ictnews”a istinadla bildirir ki, məhsul və xidmətlərin ödənişi üçün rəqəmli xidmət istifadəçilərinin sayının artması bu pul kisələri vasitəsilə edilmiş əməliyyatlar həcminin 80% artmasına (ildə 9 trilyon dollaradək) gətirib çıxaracaq.
 
 
ABŞ-da orta statistik vətəndaş elektron pul kisəsi vasitəsilə ildə təxminən 3350 dollar xərcləyir. 2024-cü ilədək bu göstərici 6400 dollara yaxınlaşacaq.
 
 
Elektron ödəniş həllərinin populyarlaşması qismən onlayn ödənişlərin təhlükəsizlik səviyyəsinin yüksəldilməsi ilə bağlı olacaq. 2019-cu ilin ikinci yarısında əməliyyatları token və dinamik kriptoqramlarla qoruyacaq “SRC” (Secure Remote Commerce) standartları tətbiq ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 808
avatar

Oxşar yazılar