Sankt-Peterburq metrosunda baş vermiş terror aktının sifarişçisinin kimliyi məlum olub.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib.
Bununla belə terror aktının sifarişçinin adı açıqlanmayıb.
Xatırladaq ki, Sankt-Peterburq metropolitenində aprelin 3-də törədilən partlayış nəticəsində 15 nəfər ölüb. Terror aktı Qırğızıstan əsilli Akbarjon Cəlilov tərəfindən həyata keçirilib.