Peruda zəlzələ: 4 ölü, 50 yaralı
16 avqust 2016 00:13 (UTC +04:00)

Peruda zəlzələ: 4 ölü, 50 yaralı

Peruda baş verən zəlzələ nəticəsində 4 nəfər ölüb.

 

APA-nın TASS agentliiynə istinadən verdiyi xəbərə görə, daha 50 nəfər xəsarət alıb, 150-dək ev dağılıb.

 

Məlumata əsasən, təbii fəlakət zamanı iki yaşlı qadın, bir uşaq və bir ABŞ turist həyatını itirib. Ölənlərin sayının artması istisna olunmur.

 

Qeyd edək ki, 5,4 bal gücündə zəlzələ avqustun 15-ə keçən gecə Perunun cənubunda baş verib. Yeraltı təkanların episentri Areçipa şəhərindən 88 km şimalda, ocağı isə 10 km dərinlikdə yerləşib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 155
avatar

Oxşar yazılar