Pentaqon Suriya ilə bağlı yeni açıqlama yaydı
09 oktyabr 2019 07:22 (UTC +04:00)

Pentaqon Suriya ilə bağlı yeni açıqlama yaydı

 
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sözçüsü Conatan Hoffman ABŞ Prezidenti Donald Trampın məlum Suriya qərarından sonra yeni açıqlama ilə çıxış edib.
 
APA “Anadolu” agentliyinə istinadla xəbər verir ki, Hofman Trampın Suriyadan ABŞ əsgərlərini geri çəkmək barədəki qərarı ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.  
 
O bildirib ki, prezident Tramp Suriyanın şimalında Türkiyə ilə birgə əməliyyata qoşulmaması ilə bağlı qərarını Pentaqonla razılaşdırmaması ilə bağlı səsləndirilən  iddialar əsassızdır: “Əksinə, ABŞ prezidenti Türkiyənin hərbi əməliyyatları, eləcə də Suriyanın şimalındakı vəziyyət barədə müdafiə naziri Mark Esperlə və Baş Qərargah rəisi general Mark Milley ilə məsləhətləşmələr aparıb”.
 
Hofman əlavə edib ki, ABŞ Müdafiə Nazirliyinin qərarına görə, Suriyada sabitliyin təmin edilməsinin ən yaxşı yolu orada etibarlı bir bölgənin yaradılmasıdır: “Təəssüf ki, Türkiyə birtərəfli addım atmağı seçdi. Nəticə olaraq Suriyanın şimalındakı ABŞ əsgərlərinin təhlükəsizliyini təmin etmək üçün Türkiyənin edəcəyi müdaxilə yolundan çəkildik. Bu mərhələdə Suriyadakı hərbi mövcudluğumuzda bir dəyişiklik yoxdur”.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680
avatar

Oxşar yazılar