Parisin Respublika meydanında yürüş oldu:<span style="color:red;"> 1 milyon 300 min  - <span style="color:red;">YENİLƏNİB-2
11 yanvar 2015 20:50 (UTC +04:00)

Parisin Respublika meydanında yürüş oldu: 1 milyon 300 min - YENİLƏNİB-2

Parisin Respublika meydanında həmrəylik mitinqi keçirilib

 

 

Parisin Respublika meydanında həmrəylik mitinqi keçirilib.

 

APA-nın Parisə ezam olunmuş müxbirinin verdiyi xəbərə görə, Fransa KİV-i mitinqdə 2 milyona yaxın insanın iştirak etdiyini yazıb.

 

 

Aksiyada 50-yə qədər ölkənin hökumət və dövlət rəhbərləri iştirak ediblər.  Onlar bir qədər Fransua Ollandla birgə addımladıqdan sonra xatirə şəkli çəkdirərək, ərazini tərk ediblər.  

 

Fransua Olland isə bundan sonra terror qurbanlarının yaxınları ilə görüşüb.

 

 

Aksiyada həmçinin müxtəlif dinlərin və qeyri-hökumət təşkilatlarının, həmçinin həmkarlar ittifaqlarının üzvləri iştirak ediblər.

 

 

Terrora məruz qalmış “Charlie Hebdo” nəşrinin əməkdaşları da aksiyaya qatılıblar. Onların mühafizəsi xüsusilə təşkil olunub.

 

 

Qeyd edək ki, Fransanın ifrat sağ millətçi partiyasının olan Milli Cəbhə Partiyası aksiyaya qatılmadığını bəyan edib, Partiyanın sədri xanım Marin Le Pen əyalətlərdə mitinqlər təşkil etdiklərini açıqlayıblar. Bu qərar Fransanın daxili siyasətində ciddi polemikaya səbəb olub.

 

 

Paris aksiyada 1 milyon 300 minə qədər insan iştirak etdiyini açıqlayıb.

 

Xatırladaq ki, bu aksiya iştirakçı sayına görə, həm Paris, həm də bütün Fransa üzrə ölkənin ən rekord aksiyası hesab olunur. Fransa KİV-i bu aksiyanı “böyük xalq birliyi” adlandırıb.

 

 

***

17:06

Fransanın paytaxtı Parisin Respublika Meydanında artıq 100 minə qədər adam toplaşıb. APA-nın Parisə ezam edilmiş xüsusi müxbirinin məlumatına görə, hazırda meydanda çoxlu sayda xarici KİV nümayəndəsi var. Meydana toplaşanlar arasında Fransadakı müxtəlif dini icmaların və xalqların nümayəndələri də var. Onlar aksiyaya təmsil etdikləri ölkənin və birliyin bayraqları ilə qatılıblar.

 

Aksiya “Azadlıq, qardaşlıq”,  “Biz hamımız fransızıq, hamımız Çarliyik”,  “Fransa birdir və bölünməz”, “Yaşasın Fransa”  şüarları ilə keçirilir. 

 

Aksiyada iştirak etmək üçün Avropa ölkələrinin dövlət və hökumət rəhbərləri ilə yanaşı Afrikanın 8 ölkəsinin də dövlət rəhbəri Parisə gəlib. 

 

*****

 

14:37

 

Bu gün Fransanın bütün şəhərlərində milli həmrəylik mitinqləri keçiriləcək.

 

APA-nın Parisə ezam edilmiş xüsusi müxbirinin məlumatına görə,  Parisin Respublika meydanında yerli vaxtla bu gün saat 15.00-da start veriləcək aksiyada isə Fransa prezidenti Fransua Ollandla yanaşı bir çox ölkələrin dövlət və hökumət rəhbərləri də iştirak edəcəklər.

 

Yürüş Parisin Respublika meydanından başlayacaq, şəhərin iki prospekti ilə “Nation” meydanına kimi davam edəcək.

 

Parisdəki bugünkü yürüşün ölkə tarixindəki ən izdihamlı aksiyalardan biri olacağı bildirilir. Yeri gəlmişkən, Fransa prezidenti ölkənin müsəlman dininin təmsilçisi olan vətəndaşlarına müraciət edərək, onları xüsusi olaraq bu aksiyada iştirak etməyə çağırıb.

 

Parisdə təhlükəsizlik tədbirləri gücləndirilib. Aksiyanın təhlükəsizliyinin təmin olunması üçün Parisdə 7 min, bütün Fransa üzrə isə 100 min nəfər polis cəlb olunub.

 

Yürüşün keçiriləcəyi küçələrdəki hündürmərtəbəli binaların damında snayperlər yerləşdirilib.

 

Yürüşün təçkilatçısı Fransa hökumətidir. Tədbirə Fransadakı bütün dini icmalar, qeyri-hökumət təşkilataları, siyasi portiyalar, ziyalılar dəvət olunub.

 

Yürüşdə diqqət çəkən məqamlarından biri də Ukrayna prezidenti Pyotr Prosenko, Rusiya xarici işlər naziri Sergey Lavrov, İsrailin baş naziri Benyamin Netanyahu, həmçinin Fələstin rəhbəri Mahmud Abbas da iştirak etməsidir.

 

Mitinqdə həmçinin Almaniya kansleri Angela Merkel, Böyük Britaniya baş naziriDevid Kemeron, İtaliya baş naziri Matteo Renzi, Türkiyə baş naziri Əhməd Davudoğlu da iştirak edəcək.

 

 

Tədbirin işıqlandırılması üçün dünyanın yüzlərlə Kütləvi İnformasiya Vasitəsi hazırda Parisin Respublika meydanındadır.

 

Qeyd edək ki, bu gün səhər Fransua Olland Fransadakı islam, xristian və yəhudi icmalarının rəhbrləi ilə görüşüb, onları respublika dəyərləri ətrafında birləşməyə və həmrəyliyə çağırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 177
avatar

Oxşar yazılar