Son gün yarım ərzində Pakistanda anomal istilər nəticəsində 65 nəfər günvurmadan dünyasını dəyişib. Lent.az Milliyet-ə istinadən bildirir ki, ölənlərin yarıdan çoxu küçədə yol gedərək yıxılıb huşunu itirənlərdir. Yollarda səyyar təcili yardım maşınlarının reydlər keçirməsinə baxmayaraq, huşunu itirənlərin əksəriyyətinin həyatını xilas etmək mümkün olmayıb.
Artıq iki gündür ki, ölkədə hərarət şkalası 44 dərəcə selsini göstərir.
Qeyd edək ki, 2015-ci ildə bir həftə davam edən anomal istilər nəticəsində Pakistanda 1233 nəfər dünyasını dəyişmişdi.