Bu gün Pakistan yeni prezidentini seçəcək. Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, bu siyasi kampaniyanın aparıcısı hakim Pakistan Müsəlman Liqasının namizədi Mömin Hüseyn sayılır.
1999-cu ildə az müddətə o, Sind əyalətinin qubernatoru olub.
Ölkənin Ana Yasasına əsasən, siyasi qərarların qəbulunda prezident önəmli rol oynamır.
Dövlət başçısı 5 il müddətinə özəl seçici heyəti tərəfindən seçilir. Bu heyət isə Pakistanın Aşağı və Yuxarı palatalarının – Milli Asambleya və senatın deputatların tərəfindən formalaşır. Bundan başqa ora Pakistanın 4 əyalətinin qanunverici qurumunun təmsilçiləri də daxildir.