Obama Trampa qarşı etirazları dəstəklədi
31 yanvar 2017 01:09 (UTC +04:00)

Obama Trampa qarşı etirazları dəstəklədi

ABŞ-ın sabiq prezidenti Barak Obama hazırkı dövlət başçısı Donald Trampa qarşı etirazları dəstəkləyib.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Obamanın bəyanatını onun rəsmi nümayəndəsi Kevin Lyuis yayıb.

 

Trampın miqrasiya siyasəti ilə bağlı fərmanlarına münasibət bildirən Obama vurğulayıb  ki, insanlara dini prinsiplə yanaşmanın qəti əleyhinədir.

 

Qeyd edək ki,  D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201
avatar

Oxşar yazılar