ABŞ-ın sabiq prezidenti Barak Obama Virgin adalarında istirahət edir. APA TV-nin məlumatına görə, bu əks etdirən videokadrlar sosial şəbəkələrdə yayılıb.
B. Obama və həyat yoldaşı Mişelin istirahət etdiyi adalardan birinin “Virgin” şirkətlər qrupunun sahibi Riçard Brensona məxsus olduğu bildirilir.
Kadrlarda B. Obama ilə R. Brensonun suyun üzərində xüsusi lövhələr vasitəsilə üzərək yarışdıqları, zaman-zaman suya düşdükləri əks olunub. 100 metrlik məsafəyə yarışın qalibi isə B. Obama seçilib.