Obama İrana qarşı sanksiyaları qüvvədə saxladı
14 yanvar 2017 02:55 (UTC +04:00)

Obama İrana qarşı sanksiyaları qüvvədə saxladı

ABŞ prezidenti Barak Obama İrana qarşı sanksiyaları qüvvədə saxlayıb.

 

APA-nın xəbərinə görə, bu barədə Ağ Evin məlumatında bildirilir.

 

Məlumata görə, İranın nüvə proqramına dair razılaşmaya baxmayaraq, rəsmi Tehranın bir sıra sahələrdə apardığı siyasət ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatına təhlükə kəsb edir.

 

Bu səbəbdən İrana qarşı tətbiq edilən sanksiyaların müddəti daha bir il uzadılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 296
avatar

Oxşar yazılar