Obama: "Dünya mühüm məsələləri Çin və ya Rusiya ilə deyil, ABŞ-la həll edir"
13 yanvar 2016 07:40 (UTC +04:00)

Obama: "Dünya mühüm məsələləri Çin və ya Rusiya ilə deyil, ABŞ-la həll edir"

Dünya mürəkkəb beynəlxalq problemləri Çin və ya Rusiya ilə deyil, ABŞ-la həll edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu sözləri ABŞ prezidenti Barak Obama illik “Ölkənin vəziyyəti barədə” illik müraciətində bəyan edib.

 

“Sorğular onu göstərir ki, bizim nüfuzumuz mənim bu vəzifəyə təzə seçildiyim vaxtla  müqayisədə  hazırda daha yüksəkdir, və söhbət istənilən mühüm beynəlxalq məsələdən gedəndə, bütün dünya insanları lider qismində Pekinə və ya Moskvaya deyil – bizə zəng edirlər”, deyə Obama qeyd edərək, ABŞ-ın tənəzzüllə uğraması barədə söhbətləri “şişirdilmiş” adlandırıb.      

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 383

Oxşar yazılar