İsrailin baş naziri Binyamin Netanyahu ABŞ prezidenti Donald Trampın qanunsuz miqrasiya ilə mübarizə üçün Meksika ilə sərhəddə divar ucaltmaq qərarını “əla ideya” adlandırıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Netanyahu İsrailin təcrübəsinə istinadən edərək bu qərarın effektivliyini vurğulayıb. Belə ki, Misirlə sərhəddə sədd ucaldan İsrail Afrikadan miqrant axınını sıfıra endirib.
“Prezident Donald Tramp düzgün qərar verib. Mən İsrailin cənub sərhədi boyu sədd uçaltdım. Bu qanunsuz miqrasiyanın axınını tamamilə dayandırdı. Əla nəticədir. Əla ideyadır”, - deyə Netanyahu bildirib.
Netanyahu dəfələrlə bütün qonşu ölkələrlə sərhəd boyu divar çəkməyin vacib olduğunu qeyd edib. Hazırda İsrail İordaniya ilə sərhəddə divar tikir.