İsrailin baş naziri Binyamin Netanyahu və Fələstin lideri Mahmud Abbas arasında sentyabrın sonlarında Moskvada birbaşa danışıqlar aparıla bilər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, məsələdən məlumatlı mənbənin məlumatına əsasən, tərəflər hələlik razılıq verməsələr də, hazırda onlar arasında bu təşəbbüsün müzakirəsi aparılır.
Bundan əvvəl Mahmud Abbas İsrail-Fələstin danışıqlarının Moskvada keçirilməsinə dair təklifi dəstəkləmişdi.