NATO baş katibinin mandatı daha iki il uzadıldı
28 mart 2019 23:54 (UTC +04:00)

NATO baş katibinin mandatı daha iki il uzadıldı

NATO-nun hazırkı baş katibi Yens Stoltenberqin mandatı 2022-ci il sentyabrın 30-dək uzadılıb.
 
Bu barədə Şimali Atlantika alyansının martın 28-də Brüsseldə yayılan bəyanatında bildirilir. “NATO üzrə müttəfiqlər bu gün baş katib Yens Stoltenberqin mandatını daha iki il - 2022-ci il sentyabrın 30-dək uzatmaq barədə razılığa gəliblər”, - bəyanatda belə deyilir. Sənəddə qeyd olunur ki, müttəfiqlər baş katibin NATO-nun adaptasiyası və modernləşdirilməsi üzrə işinə dəstəklərini ifadə ediblər.
 
Yens Stoltenberq bu qərarı öz Twitter səhifəsində şərh edib: “NATO üzrə müttəfiqlərin mənim səlahiyyət müddətimi 2022-ci il sentyabrın 30-dək uzatmasını özümə şərəf bilirəm. Biz alyansımızın gələcəyə uyğunlaşdırılması üçün onun adaptasiyası və modernləşdirilməsini birlikdə davam etdirəcəyik”.
 
Xatırladaq ki, 60 yaşlı Stoltenberq NATO-ya 2014-cü ildən rəhbərlik edir.
 
(AZƏRTAC)
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 733
avatar

Oxşar yazılar