Moskva-İrəvan təyyarəsində dava düşdü
18 yanvar 2017 03:02 (UTC +04:00)

Moskva-İrəvan təyyarəsində dava düşdü

0

Moskva-İrəvan marşrutu ilə uçan təyyarənin göyərtəsində sərnişinlərdən biri dava salıb.

 

APA-nın “NEWS.am”a istinadən verdiyi xəbərə görə, insident yanvarın 16-da baş verib.

 

Məlumata görə, sərxoş vəziyyətdə olan 50 yaşlı kişi bort bələdçilərini təhqir edib, onlara zor tətbiq etməklə hədələyib, ekipaj üzvləri ilə mübahisə edərək, dava etməyə çalışıb.  

 

Təyyarə İrəvan aeroportuna eniş etdikdən sonra davakar sərnişin polis əməkdaşları tərəfindən saxlanılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar