Misir XİN İranın mövqeyindən hiddətlənib
11 iyul 2013 07:19 (UTC +04:00)

Misir XİN İranın mövqeyindən hiddətlənib

Misirin Xarici İşlər Nazirliyi İran rəsmilərinin bu ərəb ölkəsində baş verənlərlə bağlı Tehran rəsmilərinin dəfələrlə verdiyi bəyanatdan hiddətləndiklərini bildirib.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, nazirliyin mətbuat xidmətinin katibi Bədr Əbdül Ata deyib ki, İran rəsmiləri Misirdə baş verənlərin «demokratik proseslərin təbiətini» başa düşmür.

 

«Belə bəyanatlarla onlar Misirin daxili işlərinə qarışır»-deyə, o, söyləyib.

 

İran rəsmiləri keçmiş prezident Məhəmməd Mursinin «hərbi yolla devrildiyini» və buna öz mənfi münasibətlərini bildiriblər.

 

Növbəti belə bəyanatla İran Xarici İşlər Nazirliyinin təmsilçisi Abbas Araqçi çıxış edib: «Misir silahlı qüvvələrinin siyasi proseslərə müdaxiləsi qəbul edilməzdir və ciddi rahatsızlıq yaradır». O, Misirdə etiraz aksiyaları zamanı dinc insanların öldürülməsini mühakimə edib.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 798
avatar

Oxşar yazılar