Misir hakimiyyəti Suriya ilə bağlı Mursinin qərarına baxacaq
21 iyul 2013 04:32 (UTC +04:00)

Misir hakimiyyəti Suriya ilə bağlı Mursinin qərarına baxacaq

 

Misirin yeni hakimiyyəti Suriya ilə əlaqələrin kəsilməsinə dair devrilmiş prezident Məhəmməd Mursinin qərarına yenidən baxacaq.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ölkə Xarici İŞlər Nazirliyinə başçılıq edən Nabil Fəhmi bildirib ki, indiki şəraitdə Suriya ilə Misir arasında diplomatik əlaqə bütövlükdə çətin bərpa oluna. 

 

Fəhminin əlavə edib ki, Misirin Suriyadakı Bəşar Əsəd rejiminin hərbi yolla devrilməsini dəstəkləyəcək planı yoxdur.

 

Təxminən bir ay öncə Mursi çıxışlarında dolayı yolla  Suriyadakı hakimiyyətin devrilməsi üçün cihadı dəstəkləmişdi. O, Livan «Hizbullah»ını Suriyanın işlərin qarışmamağa çağırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 713

Oxşar yazılar