Məşhur dramaturq vəfat etdi
17 sentyabr 2016 05:20 (UTC +04:00)

Məşhur dramaturq vəfat etdi

0

ABŞ-ın dünya şöhrətli  dramaturqu, üçqat Pulitser mükafatı laureatı Edvard Olbi 88 yaşında vəfat edib.

 

APA-nın xəbərinə görə, bu barədə CNN telekanalı xəbər verib.

 

Edvard Olbi ХХ-ci əsrin ikinci yarısında ən tanınmış ABŞ dramaturqu kimi tanınıb. Onun ən məşhur “Virciniya Vulfdan kim qorxur?" (Who's Afraid of Virginia Woolf?) pyesi 1962-ci ildə Brodveydə tamaşaya qoyulub.

 

E.Olbi Nyu-York ştatındakı evində vəfat edib. Ölümün səbəbi hələ ki, açıqlanmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 491

Oxşar yazılar