
Merkel Rusiyaya qarşı sanksiyaları zəiflətmək üçün şərtləri açıqlayıb
"Hesab edirik ki, Rusiyaya qarşı sanksiyalar Minsk razılaşmalarının reallaşdırılmasında irəliləyiş olacağı təqdirdə zəifləyə bilər".
APA-nın xəbərinə görə, bunu Almaniya kansleri Anqela Merkel Ukrayna prezidenti Vladimir Zelenski ilə Berlində keçirdiyi birgə mətbuat konfransında deyib.
“İrəliləyiş əldə olunmayana kimi sanksiyalar aradan qaldırıla bilməz. Biz Rusiyaya qarşı sanksiyaların gücləndirilməsini müzakirə etmədik, onların davam etdirilməsini müzakirə etdik", - deyə A.Merkel qeyd edib.
Merkel həmçinin Rusiyanın AŞPA-ya qaytarılması üçün səylərin göstərildiyini bildirib: “Rusiyanın qayıtmasına gəldikdə isə, biz müxtəlif cəhdlər etmişik, amma hələ bu prosesi başa çatdırmamışıq. Hazırda da bu istiqamətdə müəyyən səylər göstərilir. Lakin bu hər bir vəchlə baş verməyəcək. Bunun üçün müəyyən şərtlər həyata keçirilməlidir”.
Oxşar yazılar

İnanılmaz İDDİA: Deportasiya edilən adamyeyən təyyarədə özünü yedi
2 iyul 2025 , 18:02
50 il ərzində dünya xəritəsindən silinə biləcək ölkə AÇIQLANDI
2 iyul 2025 , 13:19
İrəvanda XÜSUSİ ƏMƏLİYYAT - kilsəni dəstəkləyən biznesmeni belə həbs etdilər
2 iyul 2025 , 11:49
Vertolyotdan qızılgül ləçəyi və pul səpələdilər
2 iyul 2025 , 05:13Qəddar edamlar və dəhşətli işgəncələr: HƏMAS Qəzzada müxalifəti necə məhv edir?
1 iyul 2025 , 19:59“Sputnik Azərbaycan”ın icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər
1 iyul 2025 , 19:26
Kim Çen Ina bənzərindən MESAJ: Özünü öldür və məni lider et
1 iyul 2025 , 19:20