Angela Merkel dördüncü dəfə Almaniyanın kansleri vəzifəsinə namizədliyini irəli sürəcək.
APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Bundestaqın xarici siyasət məsələləri üzrə komitəsinin sədri Norbert Rettgen bildirib.
“Merkel artıq qərar verib və liberal nizamın möhkəmləndirilməsinə tövhə verməyə hazırdır”, - deyə Rettgen bildirib.