Meksika körfəzində tanker yandı
25 sentyabr 2016 03:50 (UTC +04:00)

Meksika körfəzində tanker yandı

0

Meksika körfəzindəki Verakruz limanında Meksikanın “Remeks” neft şirkətinə məxsus “El Burgos” gəmisi yanıb. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, gəminin göyərtəsində 31 heyət üzvü xilas edilib, xəsarət alan yoxdur.

 

Məlumata görə, yanğından əvvəl gəminin göyərtəsində güclü partlayış baş verib.

 

Liman rəhbərliyi gəmidə 81 min barel dizel yanacağı və 23 min barel benzin olduğu bildirilir.

 

“Tribuna Campeche” portalı isə gəminin 170 min barel yanacaqla yükləndiyini bildirib.   

 

Hadisə yerinə bir neçə yanğınsöndürən və hərbi gəmi cəlb olunub.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 489

Oxşar yazılar