Meksika körfəzində “Nestor” tropik fırtınası meydana gəldi
ABŞ Milli Qasırğa Mərkəzinin yaydığı məlumata görə, Meksika körfəzində “Nestor” adlandırılan tropik fırtına meydana gəlib və şimal-şərqə doğru irəliləyir.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, sinoptiklər küləyin maksimal sürətinin saatda 96,5 kilometrə çatdığını bildirib.
Mütəxəssislərin fikrincə, fırtına sutka ərzində Körfəzin şimal sahilinə yaxınlaşacaq. Təbiət hadisəsinin ABŞ-ın şimal-şərq sahillərinə də təsirsiz ötüşməyəcəyi açıqlanıb.
739