Meksika Baş Prokurorluğunun təyyarəsi qəza uğrayıb: 6 nəfər həlak olub
01 may 2013 01:06 (UTC +04:00)

Meksika Baş Prokurorluğunun təyyarəsi qəza uğrayıb: 6 nəfər həlak olub

Meksikanın Baş Prokurorluğuna məxsus yüngül təyyarə aprelin 30-da Sakatekas ştatının Morelos yaşayış məntəqəsində qəzaya uğrayıb.

 

Lent.az-ın «RİA-Novosti»-yə istinadən məlumatına görə, Sakatekasın prokuroru Arturo Qarsii deyib ki, təyyarədəki 6 nəfər həlak olub.

 

Qəzanın başvermə səbəbi barədə açıqlama verilməyib.

 

Qarsiya öz «Twitter» mikrobloqunda   qeyd edib ki, bu il martın 23-də ölkənin baş prokuroru Xesus Murilo Karam məhz həmin təyyarə ilə Sakatekasa uçub.

# 423
avatar

Oxşar yazılar